İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriya hakimiyyətinə dəstək verməyə hazırdır - Rubio

ABŞ hakimiyyəti Suriyanın yeni hökumətinin tezliklə hakimiyyətini itirə biləcəyindən qorxur və buna görə də Vaşinqton Dəməşqə dəstək verməyə hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatda deyib: “Biz bu hakimiyyətlərə uğur qazanmağa kömək etmək istəyirik, çünki alternativ tammiqyaslı vətəndaş müharibəsi və xaosdur ki, bu da təbii ki, bütün regionda sabitliyi poza bilər”.

Rubionun sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları ciddi daxili çətinliklərlə üz-üzədir və buna görə də “bir neçə həftə və ya bir neçə ay ərzində potensial çöküş, tammiqyaslı vətəndaş müharibəsi baş verə bilər”.

Rubio qeyd edib ki, Tramp administrasiyası Türkiyədə olan ABŞ diplomatlarına Suriya rəsmiləri ilə onların humanitar yardıma ehtiyacı olub-olmadığını müəyyən etmək və hüquq-mühafizə orqanlarının təkmilləşdirilməsinə kömək etmək imkanı verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR