İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ SEPAH-ın 1 milyon barelə yaxın neftini müsadirə etdi

ABŞ Ədliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun gizli yolla satmaq istədiyi (SEPAH) 980 min barel - bir neçə milyon dollar dəyərində neftin müsadirə olunduğunu elan edib.

Musavat.com-un xəbərinə görə, nazirliyin yaydığı açıqlamada qeyd olunur ki, ABŞ terror təşkilatının gizli qazanc yolunu bağlamaq üçün mühüm addım atıb: “Başqa bir ölkəyə göndərilən neft müsadirə olunub. Bu, sanksiyaları pozan şirkətə qarşı ilk mühakimədir. Həmin şirkət İran neftinin qeyri-qanuni satışı və qaçaqmalçılıq yolu ilə daşınmasını həyata keçirib”.

Nazirlik əlavə edib ki, “Suez Rajan Limited” şirkəti aprel ayında günahını etiraf edib. Daha sonra o, təxminən 2,5 milyon dollar cərimə ödəməyə məhkum edilib.“Qaçaqmal yüklü” gəmini idarə edən “Empire Navigation” təhqiqatla əməkdaşlığa və İran neftinin ABŞ-a daşınmasına razılaşıb və bu proses artıq başa çatıb. Fakt üzrə qaldırılan cinayət işinə Kolumbiya Federal Məhkəməsində baxılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR