İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru: “O 6 milyard İranın nüvə ambisiyasını gücləndirəcək”

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol deyib ki, ABŞ-ın məhbus mübadiləsi sazişi çərçivəsində İranın 6 milyard dollarlıq aktivlərinin “donunu açmaq” qərarı Yaxın Şərqdə terror əməliyyatlarının artmasına səbəb olacaq və Tehranın nüvə silahı əldə etmək ambisiyalarını gücləndirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Fox News məkumat yayıb.

Makkol amerikalıları hamıdan çox öz vətənlərinə qaytarmaq istədiyini və onlardan birinin “xüsusilə böyük dəyərə malik olduğunu” vurğulayıb. “Lakin bu vəziyyətdə də gerçəkliyə ayıq baxmaq lazımdır”, - o, qeyd edib.

Senator hesab edir ki, İrana köçürülən vəsait Tehranın “vəkil müharibələri, terror əməliyyatları” üçün maliyyə dəstəyi rolunu oynaya və “onun mümkün qədər tez nüvə silahı əldə etmək istəyini gücləndirə bilər”.

Bundan əvvəl İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin bildirib ki, ABŞ İranın 6,7 milyard dollarlıq aktivlərini açıb.

Bank rəhbərinin sözlərinə görə, üzərindən həbs götürülmüş valyuta ehtiyatı xarici bazarlarda və birjalarda istifadə olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR