İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ səfirliyinin fəaliyyəti ona görə bərpa olunmur ki...” - PESKOV

“ABŞ-nin Rusiyadakı səfirliyinin fəaliyyəti tam şəkildə bərpa olunmayacaq”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyinin fəaliyyəti ona görə tam bərpa olunmur ki, de-fakto ikitərəfli münasibətlər yoxdur”, - Peskov bildirib.

Qeyd edək ki, 2021-ci ildə rəsmi Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq edib. ABŞ səfirliyi həmin il mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirib.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR