İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Qırğızıstan XİN-ə çağırıldı

Qırğızıstan ABŞ-ın “Keremet Bank”, “Qazprom Neft Asiya” və “Munai Myrza”ya qarşı tətbiq etdiyi sanksiyaların anlaşılmaz olduğunu Vaşinqtona çatdırıb. Musavat.com xəbər verir ki, bu məlumat Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında əksini tapıb.

Bildirilir ki, Qırğızıstanın xarici işlər nazirinin müavini Meder Abakirov ABŞ səfiri Lesli Viqerini “Keremet Bank” ASC, “Qazprom Neft Asiya” MMC və “Munai Myrza” QSC-nin ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün görüşə dəvət edib. Görüşdə səfirə Bişkekin bu şirkətlərə sanksiya tətbiq olunmasının səbəbini anlamadığı çatdırılıb, ABŞ hakimiyyətindən onları sanksiya siyahısından çıxarması xahiş olunub.

Viqeri ABŞ-ın Qırğızıstan şirkətlərinə qarşı sanksiyaları ləğv etmək üçün qarşılıqlı məqbul həll yollarını tapmağa hazır olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR