İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ seçkiləri - Tramp fərqi qapadır

ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris respublikaçıların rəqibi Donald Tramp qarşısında üstünlüyünü qoruyur.

Musavat.com xəbər verir ki, Reuters/Ipsos-un birgə keçirdiyi sorğu bunu göstərir.

Sorğu nəticələrinə görə, Harrisin reytinqi 44%, Trampın 43% təşkil edir. Lakin iki həftə öncə demokrat namizəd rəqibini 3% qabaqlayırdı.

Analitiklər Kamala Harrisin Tramp qarşısında üstünlüyünün sentyabrın sonundan bəri durmadan azaldığına diqqət çəkirlər.

Əvvəlki sorğularda olduğu kimi, iqtisadiyyat (47%-ə qarşı 37%) və immiqrasiya (48%-ə qarşı 33%) mövzularında seçicilər Trampı dəstəkləyiblər. Digər tərəfdən, Harris siyasi ekstremizm probleminin həllində daha səriştəli hesab olunur (40%-ə qarşı 38%), lakin hətta burada onun üstünlüyü minimuma enib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR