İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ rusları Qarabağ və Ermənistandan çıxarmağa çalışır" - Rusiyalı ekspert

“İrəvanla Bakı arasında mümkün sülh müqaviləsi Ermənistan üçün faciəyə gətirib çıxaracaq”.

Konkret.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının keçmiş üzvü Frans Klintseviç erməni mediasına müsahibəsində təklif olunan sənədin ən vacib məqamlarını şərh edib.

Xəbər verdiyimiz kimi, dünən internetdə İrəvan, Bakı, Ankara və Vaşinqtonun müzakirə etdiyi sənəd üzə çıxıb. Sənəd 2022-ci il sentyabrın 27-də Vaşinqtonda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sallivan arasında keçirilən görüşdə müzakirə olunub. Bu kağızın Praqada Paşinyan, Əliyev və Ərdoğan arasında əsas söhbət mövzusuna çevrildiyi də iddia edilir. Müzakirələrin ev sahibi kimi ABŞ göstərilir.

İki ölkənin xarici işlər nazirləri təqvim ilinin sonuna kimi sülh müqaviləsinin mətnini hazırlamaq və yekunlaşdırmaq üçün vaxt məhdudiyyəti olan danışıqlara başlayacaqlar.

Bu barədə danışan Frans Klintseviç təəssüflə qeyd edib ki, Ermənistan rəhbərliyi bu gün Rusiyadan çox ABŞ-a baxır.

“Bu danışıqlarda Ermənistan Rusiyaya qarşı çıxmaq üçün istifadə olunur. Sonra İrəvan Moskva ilə münasibətləri bərpa etməyə çalışacaq, lakin bunu etmək son dərəcə çətin olacaq. Çünki çox şey imzalanacaq və elan olunacaq. Ermənistan eyni zamanda dörd stulda otura bilməyəcək, ona görə də qərarlı olmaq lazımdır. Və İrəvan artıq qərarını verib. Bütün bu səfərlər, erməni elitasının işi, yəni əks nəticə verir. ABŞ-ın son məqsədi Rusiya hərbi bazasının Gümrüdən çıxarılması, eləcə də Ermənistanla Rusiya arasında bütün əlaqələrin dayandırılmasıdır”, – ekspert deyib.

Ermənistan bu gün hər tərəfdən sıxışdırılıb. Bu gün Ermənistanın suverenliyini qoruyan və onun müstəqil dövlət olmasına imkan verən yeganə şey Rusiya Federasiyası, Rusiya qüvvələrinin və vasitələrinin olmasıdır.

Ermənistan tərəfdən böyük səhvə yol verilir ki, bu da İrəvanın oyunu səbəbindən Ermənistanda böyük problemlərə və ciddi faciələrə gətirib çıxaracaq. Bax, Yanukoviç oynadı. Rusiyadan böyük dəstək və pul alaraq Rusiyaya xəyanət etdi. Sonra onu xilas etdik. Düşünürəm ki, yaxın gələcəkdə Ermənistanla da belə olacaq”, – ekspert qeyd edib.

Klintseviçin fikrincə, ABŞ Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına nail olmaq istəyir.

“Ermənistan ABŞ-ın ardınca getsə, bu baş verəcək, xüsusən də biz indi Rusiyaya basqın edən “ağıllı” və pullu adamların rəsmi çıxışlarını görürük.

Sülhməramlılar gedəndən sonra sərhədçilər də gedəcək və Ermənistanın dövlət suverenliyi itiriləcək. Rusiya bunu sonradan islah edə bilməyəcək. Çünki bunu güc və vasitələrdən istifadə etməklə son dərəcə sərt şəkildə yoluna qoymaq lazım gələcək. Bu gün belə bir tendensiya görürəm. Bunun necə bitəcəyini bilmirəm və bu vəziyyəti başa düşmürəm. Ermənistanın bu faciəvi nəticələri heç nəyi nəzərə almayan amerikalılar üçün daha böyük uğur olacaq. Həmişə vəziyyətdən istifadə ediblər, sıxıblar, sonra nə olur olsun”, – deyə o bildirib.

Daha sonra o, “status” məsələsindən danışıb.

“Danışıqlar prosesi zamanı Qarabağa xüsusi statusun verilməsinin yollarını tapmağa cəhd etmək olar. Qazaxıstan nümunəsi və Baykanurla bağlı çox şey var. Baxmayaraq ki, ABŞ müəyyən tələblər irəli sürərək burada milli aspektli insanları tapmağa çalışır”, – rusiyalı ekspert əlavə edib.

O, kommunikasiyaların blokdan çıxarılması məsələsini də çox çətin adlandırıb.

Ermənistan deyə bilər: “Nəyə görə biz bu dəhlizi verməliyik?”. Təyyarə ilə uçsunlar, qatarla getsinlər, maşınla keçsinlər. Ermənistan aydın şəkildə başa düşməlidir ki, bu, onun “ərazisi”dir və bütün bu dəhlizlər subyektiv şeylərdir. Dəmir yolu çək, iqtisadi əlaqələr qur, amma suverenlik pozulmamalı, ərazi əlindən alınmamalıdır. Belə bir mövqe ortaya qoyarkən Ermənistan yalnız Rusiyaya arxalana bilər, lakin o, Rusiyaya arxalanmayıb”, – deyə Klintseviç qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR