Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiyanın hərəkətlərini izləmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Newsweek" yayıb.
Flightradar24-ün məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Combat Sent" kimi tanınan RC-135U təyyarəsi bazar günü İngiltərənin şərqindəki Mildenhall Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Təyyarə uzun müddət ərzində Litva, Latviya və Estoniyanın hava məkanından keçərək Finlandiya körfəzi sahillərinə çatıb. Daha sonra Mildenhala qayıtmazdan əvvəl Belarusun şimal-qərbindən və Kalininqradın şimalından keçib.
Məqalədə deyilir: “Combat Sent tərəfindən toplanan kəşfiyyat məlumatı xarici hərbi radarların təfərrüatlı performans xüsusiyyətlərini və imkanlarını müəyyən etməyə kömək edir.
Bu məlumatlar qarşı tərəfin sistemlərini aşkar etməyə, ona xəbərdarlığa da imkan verir".
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ