Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiyaya sanksiyalı malları çatdıran Çin şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirəcək.
Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın dövlət katibi Entoni Blinken açıqlayıb.
Onun sözlərinə görə, ABŞ artıq 100-dən çox Çin strukturuna məhdudiyyətlər tətbiq edib. Blinken qeyd edib ki, Birləşmiş Ştatlar “Avropa və digər tərəfdaşlarla səyləri əlaqələndirmək niyyətindədir”.
Blinken qeyd edib ki, Çin Rusiyanı bilavasitə silahla təmin etmir. ABŞ dövlət katibi onların KXDR və İrandan Rusiyaya silah yardımını qeydə aldığını, lakin "Çinin Ukraynada istifadə üçün Rusiyaya bu cür silahlar verdiyini görməmişik" deyib. Dövlət Departamentinin rəhbərinin sözlərinə görə, “Rusiya tərəfindən "hərbi sənaye kompleksini gücləndirmək" üçün idxal edilən dəzgahların 70 faizinin” və “mikroelektronikanın təxminən 90 faizinin” Çindən gətirildiyinə dair hesablamalar var.
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ