İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya bəzi tədbirləri dayandırır: ekspertlərə görə rus sabotajına qarşı mübarizə zəifləyir  


ABŞ Rusiyanın sabotaj, dezinformasiya və kibernetik hücumlarına qarşı koordinasiyalı fəaliyyəti dayandırıb.

Musavat.com bəzi milli təhlükəsizlik agentlikləri bu işləri dayandıraraq Moskvaya qarşı təzyiqi azaldıblar.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden ötən il Amerika kəşfiyyatının Rusiyanın Qərb ölkələrinə qarşı gizli müharibə apardığı barədə xəbərdarlıqları fonunda milli təhlükəsizlik komandasına bu məsələni izləmək üçün işçi qrupları yaratmağı əmr etmişdi.

Plan prezidentin Milli Təhlükəsizlik Şurasının (MŞ) rəhbərliyi altında icra edilirdi və ən azı yeddi milli təhlükəsizlik agentliyi, Avropa və ABŞ-a qarşı sabotaj fəaliyyətini ifşa etmək üçün çalışırdı. Keçmiş administrasiya rəsmilərinin sözlərinə görə, Donald Tramp prezident seçilənədək, onun yeni administrasiyası Baydenin bu iş barədə məlumatını almışdı. Ancaq Tramp vəzifəyə başladıqdan sonra bu işin böyük hissəsi dayandırıldı. İndi ABŞ və Avropa milli təhlükəsizlik rəsmiləri arasında mütəmadi görüşlər keçirilmir. Bundan başqa ABŞ-ın öz kəşfiyyat agentlikləri arasında rəsmi koordinasiya dayandırılıb,

İşçi qruplarında iştirak edən bəzi məmurlar, Tramp administrasiyasının bu məsələnin prioritetini azaltdığını söyləyərək narahatlıqlarını ifadə ediblər.

Xüsusilə keçən ay Federal Təhqiqatlar Bürosu, ABŞ seçkilərinə xarici düşmənlər tərəfindən müdaxiləyə qarşı mübarizəni dayandırıb və bu məsələ üzərində işləyən işçiləri məzuniyyətə göndərib. Ədliyyə Nazirliyi Rusiya oliqarxlarının aktivlərini müsadirə edən komandanı ləğv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR