İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın hərbi cinayətlərini araşdıran beynəlxalq qrupdan çıxır

ABŞ Ukraynada Rusiyanın cinayətlərini araşdıran Beynəlxalq Prokurorluq Mərkəzindən çıxmaq qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi bu barədə avropalı tərəfdaşlarını “sakitcə” məlumatlandırıb.

ABŞ 2023-cü ildə prezident Co Baydenin dövründə bu təşəbbüsə qoşulub. Qrupun əsas vəzifəsi Rusiya və onun müttəfiqləri - Belarus, Şimali Koreya və İran rəhbərliyini Ukrayna ərazisində hərbi əməliyyatlarda iştiraka görə məsuliyyətə cəlb etmək olub.

Birləşmiş Ştatlar Avropadan kənarda mərkəzin bir hissəsi olan yeganə dövlət idi. Əməkdaşlığın bir hissəsi olaraq Vaşinqton Ədliyyə Departamentinin yüksək rütbəli prokurorunu ukraynalı müstəntiqlərlə, həmçinin Baltikyanı ölkələr və Rumıniyadan olan nümayəndələrlə birgə işləmək üçün Haaqaya göndərib.

Bundan əlavə, Donald Tramp administrasiyası, məlumata görə, o zamankı baş prokuror Merrik Qarlandın təşəbbüsü ilə 2022-ci ildə yaradılmış “Müharibə cinayətlərinin istintaq qrupu”nun fəaliyyətini də azaltmaq qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR