Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollardan çox aktivlərini Ukraynanın bərpasına yönəltməyi düşünür.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ maliyyə naziri Canet Yellenin fikrincə, bu addımın nəticələri diqqətlə ölçülməlidir: “Bu, çox mühüm addımdır və biz bunu atmazdan əvvəl onun nəticələrini diqqətlə nəzərdən keçirməliyik”.
Yellen əlavə edib ki, dondurulmuş aktivlərin təhvil verilməsi üçün Konqresin razılığı olmalıdır. Üstəlik, ABŞ bu addımla bağlı müttəfiqləri ilə də məsləhətləşməlidir.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ