İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ qanunsuz köçlə mübarizə tədbirlərini açıqladı

Yanvarın 5-də ABŞ federal hökuməti qeyri-qanuni immiqrasiya ilə mübarizə və Meksika ilə sərhəddə nəzarəti gücləndirmək məqsədilə bir sıra yeni tədbirləri açıqlayıb.

“Report” xəbər verir ki, bununla bağlı Ağ ev və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi müvafiq bildirişlər verib.

ABŞ Prezidentinin mətbuat xidmətinin yaydığı arayışda qeyd edilib ki, bu qərarlar Latın Amerikasından ABŞ-yə “nizamsız və təhlükəli miqrasiyanın məhdudlaşdırılması”, habelə Meksika ilə “sərhəd təhlükəsizliyinin gücləndirilməsi” məqsədi daşıyır. Vaşinqton administrasiyasının atdığı yeni addımlar ona Latın Amerikasından qanunsuz köçkünlərin böyük axınının qarşısını almağa və ABŞ-nin cənub sərhədində onun yaratdığı böhranı yüngülləşdirməyə kömək etmək üçün nəzərdə tutulub. Bildirilib ki, bura Meksika ilə “sərhədlərə əlavə resursların” cəlb edilməsi və ABŞ rəhbərliyinin Latın Amerikasından ABŞ-yə miqrantların qanunsuz daşınmasında iştirak edənlərə qarşı əməliyyatların genişləndirilməsi daxildir.

Məlumata görə, yeni kurs ilk növbədə qanunsuz köçkünlərin Birləşmiş Ştatlara yenidən daxil olmaq cəhdinə beş il qadağa qoyulmaqla sürətli deportasiyanın tətbiqini genişləndirəcək. Bundan əlavə, Venesuela, Haiti, Nikaraqua və Kubanın 30 minə qədər vətəndaşının ABŞ-də dəvət etmək hüququ olan şəxsləri varsa, hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması şərtilə iki il müddətinə hər ay işləmək hüququ ilə Birləşmiş Ştatlara gedə bilməsi qərara alınıb. Eyni zamanda, ABŞ-yə daxil olmaq üçün Panama, Meksika və ABŞ sərhədlərini qanunsuz keçən adıçəkilən 4 ölkənin vətəndaşları ölkədən qovulacaqlar. Ağ ev bildirib ki, onlar ABŞ-yə daxil olmaq istəyən qeyri-qanuni immiqrantlar kateqoriyasına aid olan “bu dörd ölkədən ayda 30 min vətəndaşı” qəbul etməyə razılıq verən Meksikaya deportasiya olunacaqlar.

Bununla yanaşı, ABŞ administrasiyası 2023-2024-cü maliyyə ilində qəbul etməyə hazır olduğu Qərb yarımkürəsi ölkələrindən olan qaçqınların kvotasını artırıb. Bu xətt vasitəsilə Latın Amerikası və Karib hövzəsindən olan 20 minə qədər qaçqın daimi yaşayış hüququ ilə ABŞ-yə köçmək üçün müraciət edə biləcək.

Bundan başqa, ABŞ “Meksika və Mərkəzi Amerikaya” humanitar yardım üçün əlavə 23 milyon dollar ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR