İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidentliyinə namizəd Meksikanı işğalla hədələdi

ABŞ prezidentliyinə namizəd, Florida qubernatoru Ron DeSantis Meksikanın narkotik kartellərinə qarşı mübarizədə istənilən gücdən istifadə edəcəyinə söz verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, 2024-cü il seçkilərində qalib gəlsə, Meksika hakimiyyətinin köməyi ilə və ya köməyi olmadan bu təhlükəni tamamilə məhv etməyə çalışacaq.

“Bizim onları məsuliyyətə cəlb etmək hüququmuz var və bu, təkcə onlar təsadüfən sərhədimizi keçdikdə olmayacaq. Əgər Meksika bu işdə bizə kömək etməyəcəksə, onda biz üzərimizə düşəni etməliyik”, -DeSantis deyib.

“Meksika ərazisindəki kartellərə qarşı pilotsuz uçan aparatlardan istifadə ediləcəkmi?” sualına siyasətçi cavab verərək deyib ki, ABŞ öz ölkəsini müdafiə etmək hüququnu özündə saxlayır. DeSantis vurğulayıb ki, kartellər “xarici terror təşkilatı” kimi ştatın vətəndaşlarına ziyan vuraraq Amerika ərazisinə soxulur.

Bundan əvvəl ABŞ Meksikadan olan kartellərə qarşı hərbi əməliyyat keçirməyi təklif edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR