İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ nüvə təhlükəsinin artdığını, lakin hələ də real olmadığını düşünür - CNN  

Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etməsi ehtimalı yüksək sayılsa da, lakin hələ də mümkün görünmür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanal kəşfiyyat məlumatları ilə yaxından tanış olan Ağ Ev rəsmilərini danışdıra bilib. Onların sözlərinə görə, təhlükə əvvəlki illərlə müqayisədə artır, lakin hələlik Rusiyanın həmin silahdan yaxın vaxtlarda istifadə etməyi planlaşdırdığına dair heç bir işarə yoxdur və ümumi qiymətləndirmə dəyişməyib.

ABŞ Müdafiə Nazirliyinin bir neçə rəsmisi də Rusiyanın nüvə silahlarını daşıdığına dair heç bir məlumat almadıqlarını bildiriblər. Onların fikrincə, ABŞ daha kiçik taktiki döyüş başlıqlarının hərəkətini belə aşkar edə bilər.

İki mənbəyə görə, təhlükənin artdığına dair təsəvvür ilk növbədə Putinin ritorikasına və Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı düşüncələrinin təhlilinə əsaslanır.

Eyni zamanda bir çox qaynaqlar belə silahların istifadə olunma ehtimalının belə ciddi qayğılara səbəb olduğunu etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR