İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Nümayəndələr palatası, nəhayət, spiker seçə bildi

ABŞ Konqresinin aşağı palatası uzun sürən siyasi çəkişmələrdən sonra özünə spiker seçə bilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, respublikaçı Kevin MakKarti şənbə günü gecə yarısı Nümayəndələr Palatasının sədrliyinə seçilib. Bununla 15 turluq səsvermədən sonra dörd günlük mübahisəyə son quyulub.

Qeyd edək ki, seçkilərin 14-cü turunda MakKartinin seçilmək üçün cəmi 1 səsi çatmayıb. Respublikaçı qanunvericilər buna görə sessiyanı bazar ertəsi gününə qədər təxirə salmaq istəyiblər. Elə bu vaxt Florida ştatından olan konqresmen Mett Qaets MakKartiyə yaxınlaşıb və daha bir raundun keçirilməsini xahiş edib.

Qeyd edək ki, Kevin MakKarti Konqres seçkilərində qələbəsinə rəğmən respublikaçıların öz aralarında parçalanması səbəbindən sədr postuna seçilə bilmirdi. CNN-nin xəbərinə görə, yeni spiker radikal sağçıların onu dəstəkləsi müqabilində onlara bəzi güzəştlər vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR