İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin keçmiş energetika naziri Bill Riçardson vəfat edib

ABŞ-ın keçmiş diplomatı və energetika naziri Bill Riçardson 75 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Riçardson Massaçusetsdəki bağ evində yuxuda olarkən ölüb.

Riçardson 1947-ci ildə Kaliforniyanın Pasadena şəhərində anadan olub.

O, ilk dəfə 1983-cü ildə Nyu-Meksikodan ABŞ Nümayəndələr Palatasına seçilib.

1997-1998-ci illərdə Bill Klinton administrasiyasında ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb. O, 1998-2001-ci illərdə ABŞ Energetika Nazirliyinə rəhbərlik edib. 2003 - 2011 illərdə Nyu-Meksiko ştatının qubernatoru olub.

Son illərdə o, Rusiya Federasiyası ilə ABŞ arasında əsirlərin mübadiləsinə dair dialoqda qeyri-hökumət təşkilatı kimi iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR