İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin ən qədim və ən nüfuzlu nəşri işçilərini ixtisar edir

Amazon-un qurucusu Ceff Bezosa məxsus Washington Post kommersiya işçilərinin 4%-ni ixtisar edəcək. Qəzet iddia edir ki, redaksiya heyəti ixtisarlardan təsirlənməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə BBC yazır. Bildirilir ki, ixtisar 100-dən bir qədər az kommersiya fəaliyyəti ilə məşğul olan əməkdaşları əhatə edəcək.

Qeyd edək ki, 2023-cü ildə Washington Post 77 milyon dollar itki və qəzetin internet saytının auditoriyasında azalma olduğunu bildirdi. Eyni zamanda nəşr bəzi əməkdaşlara təzminat ödəməklə işdən çıxmağı təklif edib. Washington Post işçi qüvvəsini 10% və ya təxminən 240 nəfər (yarısı redaksiya heyətindən, yarısı şirkətin digər sahələrindən) azaltmağı və məcburi ixtisarlardan qaçmağı planlaşdırırdı.

Yanvarın əvvəlində rəssam Enn Telnes Washington Post onun karikaturasını dərc etməkdən imtina etdikdən sonra qəzetdən istefa verdi. Rəsmdə Bezos və digər milyarderlər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın heykəli önündə baş əymiş halda təsvir edilib.
Qeyd edək ki, Ceff Bezos 2013-cü ildə ABŞ-ın ən qədim və nüfuzlu nəşrlərindən biri olan Washington Post qəzetini alıb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR