Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Azərbaycandakı səfirliyi qeyri-mühacir vizasına müraciət edən şəxslərə müraciət edib.
Musavat.com xəbər verir ki, müraciətdə bildirilir:
“Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur. Bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır”, deyə müraciətdə qeyd olunub.
Nigar,
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ