Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun Rusiyanın gəmiçilik şirkəti “Sovcomflot”a qarşı sanksiyaları sərtləşdirməsi fonunda Hindistan ABŞ-dan daha çox neft almağa başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Business Standard” qəzeti məlumat yayıb.
Məlumatdan aydın olur ki, aprel ayında Amerika neftinin son bir ildə ən böyük həcmləri Hindistana çatdırılacaq - orta hesabla gündə 250 min barelə qədər. Maliyyə məlumatı təminatçısı LSEG-ə görə, əsasən, Hindistanın qərb sahillərinə gedən gəmilər Reliance Industries, Vitol, Equinor və Sinokor tərəfindən icarəyə götürülüb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkə 2023-cü ildə neft ixracı üzrə tarixi rekorda imza atıb - orta hesabla gündı 4,1 milyon barel. Onun əsas hissəsi Avropaya göndərilib.
Eyni zamanda, Hindistanın Rusiyadan idxalı 2022-ci ildəki gündə 0,9 milyon bareldən 2023-cü ildə 1,8 milyon barelə yüksəltdiyi üçün ABŞ-ın Hindistana neft ixracı 2023-cü ildə 47 faiz azalıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ