İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ mediasının iddiası: “Türkiyə Rusiyaya kabus donanma ilə kömək edir”

ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” Rusiya-Ukrayna müharibəsi davam edərkən Moskvaya qarşı tətbiq edilən sanksiyaların pozulması ilə bağlı geniş reportaj dərc edərək Türkiyə ilə bağlı qalmaqallı iddialar səsləndirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Wall Street Journal” qəzetinin dərc etdiyi “Kabus donanma Rusiyaya qarşı sanksiyalardan yan keçməyə kömək edir” başlıqlı xəbərdə bildirilir ki, Türkiyə şirkətləri onlarla yük gəmisi alaraq, Rusiya neftini daşımaqla Moskvaya sanksiyalardan yan keçməyə imkan yaradıb”.

"Wall Street Journal"-da çıxan xəbərdə “Beks Gemi İşletmeciliği” adlı şirkətin adı çəkilir. İddia olunur ki, bu şirkət 2021-ci ildə 37 gəmi alıb və bunların çoxu köhnə neft tankerləri olub. Qeyd olunur ki, iki il ərzində gəmilərə yarım milyard dollardan çox pul ödəyən şirkət əvvəllər corab və alt paltarı istehsal etməklə tanınıb.

Xəbərdə deyilir ki, “Beks” kimi şirkətlər Rusiyanın sanksiyaları pozmasına töhfə verir: “Bu donanmanın gəmiləri bütün dünyanı gəzir. Gəmilərin əksəriyyəti Yunanıstan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki şirkətlərə məxsusdur”.

Adınn çəkilməsini istəməyən Qərb diplomatı “ABŞ rəsmiləri Türkiyənin Rusiyanın sanksiya pozuntularının mərkəzi olmasından narahatdırlar” ifadəsini işlədərək bu mövzuda danışıb və deyib: “Bu mövzuda Türkiyə hökuməti ilə davamlı dialoqumuz var. Ümid edirik ki, bir türk şirkətinin sanksiyaya məruz qalacağı bir ssenari baş verməsin və biz bu real risklərlə bağlı hökumət və özəl sektorla işləyirik”.

“Beks”in idarə heyətinin üzvü və qurucu ortağı Cəmil Ersöz isə açıqlama verərək deyb: “Biz təkcə Rusiya ilə işləmirik. Biz hər yerdə işləyirik. İstənilən sanksiya qərarını ingilis vəkillərimizlə birlikdə həll edirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR