Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib.
Bu barədə nazirliyin məlumatında deyilir.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya düşüb.
RT rəhbərliyi saxta xəbərlər və dezinformasiya yaymaqla yanaşı, ölkədəki prezident seçkilərinə təsir etmək kampaniyası ilə əlaqədar ABŞ rəsmilərini işə cəlb etməkdə günahlandırılır.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ