İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ lideri niyə Putinlə görüşmək istəmir? - ÖZÜ AÇIQLADI

Cozef Bayden Putinlə görüşmək üçün səbəb görmür...

Bir müddət əvvəl “Nüvə fəlakətinə hər zamankindən daha yaxınıq” bəyanatı ilə çıxış edən ABŞ prezidenti Cozef Bayden yeni açıqlamaları ilə diqqət çəkib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Amerikanın xarici siyasətindən tutmuş daxili siyasətə qədər bir sıra mövzularda danışan Bayden jurnalist Ceyk Tapperin "Siz Putinin hələ də nüvə silahından istifadə edəcəyinə inanırsınızmı?" sualına belə cavab verib:

"Bunu edəcəyini düşünmürəm, amma dünyanın ən böyük nüvə gücünə sahib bir liderin Ukraynada nüvə silahından istifadə edə biləcəyi il bağlı açıqlaması məsuliyyətsizlikdir”.

Rusiyanın nüvə silahından istifadə etməsinin dünya müharibəsinə səbəb ola biləcəyi xəbərdarlığını təkrarlayan ABŞ lideri bunun “arzuolunmaz” nəticələri olacağını deyib.

Digər tərəfdən, Bayden Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə NATO və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) buna necə cavab verəcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınıb.

Putinin Ukrayna məsələsində “rasional” hərəkət edib-etmədiyinə dair mübahisələrə gəlincə, Bayden: “Putinin ağılsız bir insan olduğunu düşünmürəm, o, sadəcə səhv hesablamalar aparıb. Düşünürdü ki, Ukraynada hamı onu qucaqlayacaq” - deyib.

ABŞ prezidenti gələn ay keçiriləcək G20 Sammitində Putinlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala isə belə cavab verib:

 “Hal-hazırda görüşmək üçün heç bir səbəb görmürəm. Ukrayna rəsmiləri olmadan Ukrayna məsələsini Rusiya ilə müzakirə etməzdim".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR