Onlayn ictimai-siyasi qəzet
Növbəti dörd ildə hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizə səylərini ikiqat artırmalıdır.
“Report” xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Cennifer Qrenholm Bakıda COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündə deyib.
COP29-un təşkil edilməsinə görə, Azərbaycana təşəkkür edən nazir “təmiz enerji” sahəsində irəliləyişləri qiymətləndirmək və ambisiyaları gücləndirmək üçün illik görüşlərin vacibliyini vurğulayıb.
O qeyd edib ki, ABŞ-də iqlim siyasəti ilə bağlı bəzi qeyri-müəyyənliklərə baxmayaraq, ölkəsi “təmiz enerji”yə keçiddə irəliləməyə davam edir: “Ştatlar, şəhərlər və biznes federal siyasət olmadıqda belə iqlim hərəkatını fəal şəkildə dəstəkləyir”.
Nazirin sözlərinə gərə, ABŞ 7 il bundan əvvəl ABŞ Paris Sazişindən çıxıb: "Bütün dünyada tərəfdaşlarımız ölkəmizin etmədiyinə rəhbərlik etmək üçün birləşdilər. Bununla belə, ştatlarımız, şəhərlərimiz və müəssisələrimiz federal siyasətin olmadığı boşluğu doldurmaq üçün səylərini artırıblar. Onlar yerli səviyyədə mümkün olan bütün tədbirləri görməklə bizi və ABŞ-nin iqlim hərəkatını dəstəkləyiblər. Bu strategiya sayəsində ABŞ-nin 2024-cü ildə öz şəbəkəsinə 60 MVt-dan çox “təmiz enerji” əlavə edəcəyi gözlənilir. Bu da bir il ərzində əlavə edilən enerjidən iki dəfə çoxdur. Bu sənaye strategiyası nəticəsində “təmiz texnologiyalar” və infrastruktura 1,5 trilyon ABŞ dollarından çox investisiya yatırmışıq, müəssisələr və istehlakçılar isə federal investisiyaların hər dollarına 6 dollar sərmayə qoyurlar”.
Nazir əlavə edib ki, bu proses davam edəcək: “Biz qlobal miqyasda oxşar tarixi artım görürük. İndi dünya təmiz enerjiyə qalıq yanacaqlardan iki dəfə çox sərmayə yatırır. Qlobal iqlim mübarizəsi bütün ölkələrin səyləri ilə aparılır. Buna görə də növbəti dörd ildə hər bir ölkə səylərini ikiqat artırmalıdır".
C.Qrenholm qeyd edib ki, COP ruhunda bərpa olunan enerji istehsalını 3 dəfə artırmaq, 1500 qiqavat enerji saxlama gücü hədəfinə çatmaq lazımdır: "Ümid edirəm ki, gələn həftə Rioda G20 liderləri saxlama üçün belə bir hədəf müəyyən edəcək. 1500 qiqavatlıq hədəf bərpa olunan enerji hədəfini reallaşdırmağa imkan verəcək".
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ