İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ konsulluğunun karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Nigeriyanın cənub-şərqində naməlum şəxslərdən ibarət silahlı qrupun ABŞ konsulluğu və polis əməkdaşlarının olduğu avtomobil karvanına hücumu zamanı ölənlərin sayı 7 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Anambra ştatının polis rəisi Eçenq Eçenq bildirib.

“ABŞ konsulluğunun üç personal üzvü və dörd polis əməkdaşı öldürülüb. Daha iki nəfər qaçırılıb, onların axtarışı aparılır”, - polis rəisi diqqətə çatdırıb.

Daha əvvəl dörd nəfərin öldüyünü açıqlamışdı.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, karvanda Amerika vətəndaşı olmayıb. Maşınlarda doqquz nəfər olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR