Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresində keçirilən iclasda Konnektikut ştatının demokrat nümayəndəsi Con Larson Respublikaçı həmkarlarına qarşı sərt ittihamlarla çıxış edib.
Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, onun əsas tənqidi ABŞ-ın Sosial Təminat Sistemində apardığı ixtisarlara görə İlon Maska ünvanlanıb.
İlon Maskın Konqresə gəlib hesabat verməsinin respublikaçı konqresmenlər tərəfindən əngəllənməsi isə Larsonu özündən çıxarıb.
"İlon Mask haradadır? Niyə burada izahat vermir?" deyə o, komitənin iclasında bağırıb.
Larson, həmçinin ABŞ prezidenti Donald Trampın və İlon Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamentinin (DOGE) Sosial Təminat sistemi ilə bağlı planlarını açıqlamasını tələb edən qətnamə təqdim edib. Lakin Respublikaçılar bu qətnamənin qəbulunu bloklayıblar.
Tramp seçki kampaniyası zamanı Sosial Təminata "bir qəpik belə" kəsinti etməyəcəyinə söz verməsinə baxmayaraq, prezidentliyə gəldikdən sonra bu hökumət yardımını "fırıldaq" adlandırıb. İlon Mask da oxşar fikirlər səsləndirərək, Sosial Təminatı "Ponzi sxemi" adlandırıb və bu sistemdə böyük fırıldaqçılıq hallarının mövcud olduğunu iddia edib.
Bu bəyanatlardan sonra Larson Respublikaçıları Tramp və Maskın təsiri altında olmaqda günahlandırıb. O, Sosial Təminat ixtisarlarının ölkə üzrə ciddi sosial problemlərə səbəb olacağını vurğulayıb və hər Respublikaçı nümayəndənin dairəsində bu xidmətdən yararlanan insanların sayını göstərən sənədləri təqdim edib.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ