Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatı İsrailə silah satışını qadağan etməyi nəzərdə tutan qanun layihələrini qəbul etməyib.
Musavat.com xəbər verir ki, bu təşəbbüs Vermont ştatından müstəqil senator Berni Sanders tərəfindən irəli sürülüb.
O, İsrailə hücum xarakterli silahların tədarükünün 1961-ci ildə qəbul edilmiş Xarici Yardım Qanununu pozduğunu iddia edir. Bu qanun Vaşinqtona, ABŞ-ın humanitar yardımlarının çatdırılmasına birbaşa və ya dolayı şəkildə mane olan ölkələrə silah tədarükünü qadağan edir.
Qərarın qəbul edilməməsi, İsrailə qarşı hərbi dəstəyi davam etdirmək istiqamətində Vaşinqtonun mövqeyini bir daha nümayiş etdirir.
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ