Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yeni müzakirə raundunun İtaliyanın paytaxtı Romada keçirilməsi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, tərəflər bu dəfə fərqli formatda – birbaşa, eyni otaqda görüşməyi planlaşdırırlar. Bu isə əvvəlki, Omanın Məsqət şəhərində keçirilən dolayı danışıqlardan fərqli bir yanaşma olacaq. Bildirilir ki, danışıqlarda Oman nümayəndələrinin vasitəçi qismində iştirakı da mümkündür.
Bundan öncə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin İrana səfəri gözlənilir. Onun Tehranda İranın nüvə obyektlərində aparılan nəzarət və yoxlama mexanizmlərini müzakirə edəcəyi bildirilir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ