İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran arasında QIRĞIN: Bombardmançılar komanda mərkəzlərini DARMADAĞIN edir - CANLI

ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki bazasına edilən hücuma cavab verməyə başlayıb. Ağ ev bu gün İraq və Suriyada 85 hədəfi vurduğunu açıqlayıb. Açıqlamada hücumlarda ABŞ-dan havaya qalxan uzaqmənzilli bombardmançıların da iştirak etdiyi və 125-dən çox idarə olunan bombanın istifadə edildiyi bildirilib. Qeyd olunub ki, Yaxın Şərqdə İrana bağlı proksi qüvvələrin komanda-idarə mərkəzləri və pilotsuz uçuş aparatları məhv edilib.

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə SEPAH və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib. Ağ Ev məlumat yayıb. "Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada SEPAH və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb.

Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - bəyanatda deyilir.
“Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd etmək istəyənlər bilsinlər ki, əgər onlar amerikalıya zərər versə, qarşılığını görəcəklər", - Bayden deyib.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR