İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran arasında “GİZLİ ZİRVƏ”  – Vaşinqton danışıqları inkar etsə də, görüş baş tutur!

ABŞ Dövlət Departamenti ilə Ağ Ev arasında İranla bağlı açıqlamalar ziddiyyət yaratmağa başlayıb.

Musavat.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Temmi Brüsün sözlərinə görə, bu şənbə günü Omanda baş tutacaq ABŞ-İran təması heç bir halda “müzakirə” adlandırıla bilməz – bu, sadəcə bir “görüş” olacaq.

“Bu, rəsmi danışıqlar deyil. Sadəcə onların nə etməyə hazır olduqlarını öyrənmək, bizim mövqeyimizi başa düşüb-düşmədiklərinə əmin olmaq və sonrakı addımları müəyyənləşdirmək üçün keçirilən bir toplantıdır”, – deyə Brüs bildirib.

Lakin paralel olaraq Ağ Ev rəsmiləri bu görüşün İranla birbaşa təmas formasında keçiriləcəyini təsdiqləyiblər. Prezident Donald Tramp isə bir qədər öncə “İranla görüşlər davam edir” deməklə yanaşı, şənbə günü “zirvəyə yaxın” bir toplantının keçiriləcəyini bəyan etmişdi.

Tramp eyni zamanda, zərurət yaranarsa, ABŞ-ın İranla hərbi toqquşmaya gedə biləcəyini açıq şəkildə dilə gətirib. Dövlət Departamentinin nümayəndəsi bu bəyanatı da şərh edərək deyib: “Prezident nə dediyini çox gözəl bilir və ona uyğun hərəkət edir. Təsirli təzyiqlər davam edəcək”.

Qeyd edək ki, ABŞ və İran arasında bu görüşlər nüvə proqramı, regional sabitlik və HƏMAS-Hizbullah kimi qruplarla bağlı artan gərginlik fonunda baş tutur. Müşahidəçilər bu cür “adlandırılmayan görüşlərin” əslində arxa planda ciddi danışıqlara zəmin yaratdığına diqqət çəkir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR