Onlayn ictimai-siyasi qəzet
ABŞ iqtisadiyyatı 2024-cü ilin ikinci rübündə illik ifadədə 3 faiz böyüyüb.
Musavat.com xəbər verir ki, göstəricini ölkənin Ticarət Nazirliyi açıqlayıb.
"Trading Economics" ekspertlərinin konsensus proqnozunda göstəriciyə yenidən baxılacağı gözlənilmirdi.
Nazirlik bildirib ki, yenidən qiymətləndirmə birinci rübün sonunda ÜDM artımının 1,4 faiz deyil, 1,6 faiz təşkil etdiyini göstərib.
ABŞ ÜDM-nin üçdə ikisini təşkil edən istehlak xərcləri aprel-iyun aylarında daha əvvəl bildirildiyi kimi 2,9 faiz deyil, 2,8 faiz artıb. O cümlədən mallara xərclər 3 faiz, xidmətlərə xərclər 2,7 faiz artıb.
Dövlət xərcləri 2,7 faiz deyil, 3,1 faiz artıb. Əsas kapitala biznes investisiyaları 4,6 faiz deyil, 3,9 faiz artıb.
İxrac 1 faiz (əvvəlki qiymətləndirmədə artım 1,6 faiz), idxal 7,6 faiz (7% faiz) artıb.
ABŞ-ın korporativ mənfəəti birinci rübdə 2,1 faiz azaldıqdan sonra ötən rübdə 3,5 faiz artaraq 3,142 trilyon dollara çatıb.
PCE istehlak qiymətləri indeksi yanvar-mart aylarında yenidən işlənmiş 3.5 faiz artımdan sonra ikinci rübdə rüblük ifadədə daha 2.5 faiz də artıb.
Ərzaq və enerji qiymətlərini nəzərə almayan PCE əsas inflyasiya indeksi bir rüb əvvəl 3,7 faiz artdıqdan sonra 2,8 faiz artıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ