Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni vitse-prezidenti J.D. Vens haqqında maraqlı bir video sosial şəbəkələrdə yayılıb.
Musavat.com xəbər verir ki, videoda Vensin gənclik dövründə Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) aid geyimlərdə və simvollarla çəkilmiş fotoları yer alıb.
Bu görüntülər onun Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisə etdiyi anın fotosuyla birləşdirilərək yayımlanıb.
J.D. Vensin Rusiyaya simpatiyası varmı?
Musavat.com bildirir ki, Vens Rusiya-Ukrayna müharibəsi başlayandan bəri açıq şəkildə Moskvanı dəstəkləyən mövqedə olub.
Hətta ABŞ Senatında olarkən Ukraynanın hərbi yardım almasına qarşı çıxıb və bu yardımı “ABŞ üçün mənasız xərclər” kimi qiymətləndirib. 2023-cü ildə Zelenskinin Vaşinqtona səfəri zamanı CNN-ə verdiyi müsahibədə onun səfərini sərt tənqid edib və Ukraynaya edilən yardımları kəskin ifadələrlə pisləyib.
Bu səbəbdən onun vitse-prezident postuna gəldikdən sonra köhnə simpatiyalarının siyasətinə necə təsir edəcəyi artıq suallar doğurmur - hər şey ortadadır.
Videonun həqiqiliyi isə müzakirə mövzusudur.
Musavat.com qeyd edir ki, müasir texnologiyalar, xüsusilə süni intellekt vasitəsilə görüntülərin manipulyasiya edilməsi mümkündür. Buna görə də yayılan videonun həqiqiliyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ