İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni demokratiya sınağı - Assanc ömürlük həbs alsa, Azadlıq heykəli söküləcəkmi...

Meksika prezidenti “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiya edilərək mühakimə olunacağı təqdirdə Nyu-Yorkdakı Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başladacağını bildirib.

“Əgər o, ABŞ-a aparılsa və maksimum müddətə həbs cəzasına məhkum edilsə, biz Nyu-Yorkda yerləşən, fransızların bağışladığı Azadlıq heykəlini sökmək üçün kampaniyaya başlamalıyıq, çünki o, artıq azadlığın simvolu olmayacaq”, - deyə o, mətbuata açıqlamasında bildirib və məsələni ABŞ lideri Baydenlə danışıqlarda müzakirə etmək niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, bu ilin iyun ayının 17-də Böyük Britaniyanın daxili işlər naziri Assancı ABŞ-a ekstradisiya etmək qərarına gəlib. İyulun 1-də C.Assanc Böyük Britaniya hökumətinin ekstradisiya ilə bağlı qərarından apelyasiya şikayəti verib. Assanc müxtəlif hökumətlərin, o cümlədən ABŞ-ın məxfi materiallarını dərc etməklə şöhrət qazanıb. ABŞ-da onu məxfi məlumatları dərc etdiyinə görə 175 ilə qədər həbs gözləyir.

Assanc ömürlük həbs alsa, bu, “demokratiya beşiyi”inin  imicinə nə dərəcədə zərbə olar?

AĞ Partiya başqanı Tural Abbaslı bu hökm verilsə, Amerikaya heç bir təsirinin olmayacağını söylədi: “Bu məsələ uzun illərdir ki, müzakirə mövzusudur. Onun ”WikiLeaks"də yayımladığı sənədlər bir çox ölkələrdə siyasi qalmaqallara səbəb olmuşdu. Hətta Azərbaycan haqqında da xeyli məlumatlar yayımladı. Ölkəmizdəki ABŞ səfirliyinin yazışmalarını dərc etdi. Azərbaycan ictimaiyyəti də hökumətin və Amerika tərəfin bu məsələlərlə bağlı mövqeyini bilmiş oldu. O vaxt Assanc barəsində casusluq, dövlət sirlərini açma maddələri ilə cinayət işi açıldı. O isə müxtəlif ölkələrin səfirliklərində gizlənərək, bu həbsdən yayındı. Sonunda Britaniyaya ekstradisiya olundu. İndi də oradan onun təhvil verilməsini Amerika tələb edir. Artıq təhvil verilməsi barədə qərar qəbul edilib. Şikayətin nəticəsi gözlənilir. Əslində bu, Amerikanın hər zamankı tavrıdır. Hər zaman öz idarəetməsində, dövlət təhlükəsizliyi məsələsində qəti və qəddar olub. Qətiyyən heç bir məsələdə güzəştə getməyib. Sadəcə olaraq, digər ölkələrdən bu və ya digər azadlıqların təmin olunmasını tələb edib. Bunları şərt kimi qoyub. O şərtlərə əsaslanaraq, ölkələrə basqılar edib. Amma özündə də bir çox hallarda insan haqları pozulub.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı: “Ölkələr yenə də Amerikaya demokratiyanın beşiyi kimi baxacaqlar”

İraq və Əfqanıstan müharibəsi zamanı mətbuata bu barədə yazmaq qadağan olunmuşdu. Tez-tez həbsxanalarında qeyri-insani rəftarların olduğuna dünya şahidlik edir. Amerikada bu cür yanaşmalar hər zaman olub. Bu baxımdan Assancın Amerikaya gətirilib ömürlük həbsə atılması ilə qeyri-adi heç nə olmayacaq. Esktradisiya olunsa, ömürlük cəza alma ehtimalı olduqca yüksəkdir. Bu da Amerikanın gücünə və beynəlxalq imicinə heç bir zərər gətirməyəcək. Meksika prezidenti bu təklifi diqqət çəkmək üçün edib. Azadlıq heykəli elə yerindəcə qalacaq. Ölkələr yenə də Amerikaya demokratiyanın beşiyi kimi baxacaqlar. Bu məsələdə əsas olan neynirsən deyil, özünü necə təqdim edirsəndir. Amerika isə öz piarını qurmaq üzrə dünyada tayı-bərabəri olmayan ölkədir. Assanca nəinki ömürlük hökm kəsilsə, ölüm hökmü verilsə belə ABŞ dünyada qınanmayacaq. Dünya belə dünyadır. Güclünü sevən, güclünün haqlı olduğu dünyadır. Təəssüf ki, bu gün də güclü olan Amerikadır və istədiyini edir. Hüquqi, siyasi legitimlik qazanmaqda çətinlik çəkmir".

Azərbaycanda insanlar biznes qurmağa qorxurlar” - Novella Cəfəroğlu Yeni  Sabah

Novella Cəfəroğlu: “Demokratiya hazırda dünyanın heç bir yerində yoxdur”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bunları dedi: “Amerikanı demokratik dövlət saymıram. Bu fikirlərimdən kim inciyirsə incisin. Doğrudur, orada qanunlar normal işləyir. Ara-sıra olmuşuq və gözlərimizlə görmüşük. Amma buna əsl demokratik dövlət demək mümkün deyil. Azərbaycanın timsalında baxaq. Onlar hər zaman bizə qarşı haqsızlıq edirlər. İnsan haqlarının pozulması bəhanəsi ilə daim bizə təzyiqlər etməyə çalışıblar. Demokratiya hazırda dünyanın heç bir yerində yoxdur. Makron II Qarabağ savaşının ən qızğın vaxtında Ermənistana dəstək verdi. Avropa ölkələri demokratiyadan uzaqdırlar. Biz çalışmalıyıq ki, öz içərimizdə özümüz demokratik dövlət quraq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR