İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Rusiya ilə danışıqlar aparan diplomatı vəzifəsindən gedir

ABŞ dövlət katibinin müavini Vendi Şermanın yayda vəzifəsini tərk edəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatlara əsasən, Vendi Şermanın gedişi yaxın günlərdə rəsmi olaraq elan ediləcək. Şerman getdikdən sonra dövlət katibinin birinci müavini vəzifəsini kimin icra edəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Vendi Şermanın ABŞ xarici siyasət departamenti rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini Senat 2021-ci ilin aprelində təsdiqləmişdi. O, bu vəzifəyə təyin olunan ilk qadın olub.

Vəzifədən gedəcəyi gözlənilən qadın diplomat Dövlət Departamentində mühüm vəzifə tutur. Onun vəzifəsinə ABŞ və Çin arasındakı münasibətlər daxil olmaqla xarici siyasətdə ən kritik sahələrin həlli daxildir. 2022-ci ilin yanvarında Şerman Cenevrədə strateji sabitliyə dair Rusiya-ABŞ danışıqlarında Birləşmiş Ştatları təmsil edib. Rusiya tərəfdən görüşdə xarici işlər nazirinin müavini Sergey Ryabkov iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR