Onlayn ictimai-siyasi qəzet
Ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatları 2,09 milyon barel artaraq 429,75 milyon barrelə çatıb.
Musavat.com ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, həftə ərzində benzin ehtiyatları 4,41 milyon barel azalaraq 206,87 milyon barelə, kommersiya distillat ehtiyatları 1,39 milyon barel azalaraq 114,42 milyon barrelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 1,6 milyon barel, benzin ehtiyatlarının 1 milyon barrel, distillat ehtiyatlarının isə 1,27 milyon barel artacağını gözləyirdilər.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ