İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın maliyyə naziri: "Konqres borc tavanını dərhal qaldırmasa, defolt qaçılmaz olacaq"

ABŞ-da defolt iyunun 1-də baş verə bilər, Konqres borc tavanını dərhal qaldırmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Xəzinədarlıq departamenti, çox güman ki, iyunun 1-də artıq hökumətin bütün öhdəliklərinə cavab verə bilməyəcək”, - deyə nazir xəbərdar edib.

Qeyd edək ki, müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Konqres liderləri ilə görüşmüş, dövlət borcunun tavanının artırılması məsələsi gündəmdə olsa da, tərəflər razılığa gələ bilməmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR