İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın Azərbaycanda batan mayası" - deputat səfiri kəskin tənqid etdi

ABŞ-ın Azərbaycandakı səfiri qanuni əsaslarla barəsində cinayət təqibi davam edən bir neçə jurnalistin vəkilləri ilə görüşüb. Ardınca isə Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə çağırıb. Bu, insan haqları ilə əlaqəsi olmayan və suverenliyi hədəfə alan anti-Azərbaycan kampaniyasının bir fraqmentidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikasının özünün milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması Qərb neoimperializminin niyyətləri ilə üst-üstə düşmür.

Xüsusən Zəfərlərimizin ardınca Azərbaycanın özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi Qərbin regionda hərəkət imkanını məhdudlaşdırdığı üçün Azərbaycana qarşı informasiya hücumları intensivləşib. ABŞ-nin Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianın və beşinci kolonun səfərbər edilməsi də bu prosesin tərkib hissəsidir. Lakin proseslərin gedişi də göstərir ki, Bakı bütün hallarda təhdidləri zamanında doğru qiymətləndirib aradan qaldırmağı bacarır. Bu mənada, aydındır ki, ABŞ səfirini həbsdəki hansısa azərbaycanlı, yaxud qeyd etdiyi kimi mətbuat azadlığı yox, Bakının qabaqlayıcı tədbirləri nəticəsində Vaşinqtonun "mayasının batması" və anti-Azərbaycan fəaliyyəti hədəfləyən layihələrin fiaskoya uğraması narahat edir. Məhz bu çərçivədə də səfir vəkillərlə şou xarakterli görüş keçirib bəyanatlar yaymaqla konkret əməllər üzrə təqsirləndirilən şəxslərin cinayət təqibini süni surətdə siyasiləşdirib cinayət mühakimə icraatı üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır. Bu isə dövlətin daxili işinə qarışmaqla beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik, habelə "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyasının kobud pozuntusudur.

Amma ABŞ səfiri də, ona bu direktivi göndərənlər da birmənalı şəkildə anlamalıdırlar ki, onların Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur.

Əgər ABŞ, həqiqətən, mətbuat azadlığını dəstəkləyirsə, ilk növbədə Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianı rahat buraxmalı, anti-Azərbaycan tezislərlə əl meymununa çevirdiyi bir qrup "müstəqil" jurnalistin yaradıcılıqlarını zorlamaqdan çəkinməlidir. Əgər ABŞ-ni, həqiqətən də, fundamental haqlar maraqlandırırsa, öncə öz ərazisində rasizmə, habelə işğal etdiyi bölgələrdə ayrı-seçkiliyin digər formalarına, o cümlədən islamofob davranışlara, Culian Assanc, Donald Tramp kimi şəxslərə münasibətdə fikir və ifadə azadlığına zərbə hesab olunan münasibətə, habelə hər il 1000-dən artıq ABŞ vətəndaşının polis zorakılığının qurbanı olmasına son qoysun.

Behruz_Meherremov.jpg (289 KB)

Bəhruz MƏHƏRRƏMOV,
millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR