İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın 46 prezidentindən yalnız Trampın əcdadları quldar olmayıb

 ABŞ-ın 46 prezidentindən yalnız Donald Trampın əcdadlarında qul sahibləri olmayıb.

Musavat.com "Röyter"ə istinadla xəbər verir ki,  agentlik öz araşdırmasında ABŞ-ın 100-dən çox müasir liderinin, o cümlədən prezidentlərin, qubernatorların, hakimlərin və bəzi konqresmenlərin nəsil şəcərəsini təhlil edə bilib.

Tədqiqat göstərib ki, ABŞ-ın hazırda yaşayan bütün prezidentlərin, o cümlədən Baydenin əcdadları arasında ən azı bir nəfər qul sahibi olub. ABŞ-ın hazırda sağ olan eksprezidentləri Barak Obama, Ceyms Karter, Corc Buş və Bill Klintondur.

Bunun əksinə olaraq, Donald Trampın əcdadları 1865-ci ildə ABŞ-da köləliyin ləğvindən sonra ABŞ-a köçüblər - Trampın ata tərəfdən əcdadları 20-ci əsrin əvvəllərində Almaniyadan, gələcək prezidentin anası Meri Enn MakLeod isə 1930-cu ildə Şotlandiyadan gəlib. .

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR