İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hücuma HAZIRLAŞIR: Yeni görüntülər yayımlandı - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndəki husilərin mövqelərinə qarşı planlaşdırılan hücumdan əvvəlki hazırlıq prosesinə dair görüntülər yayımlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Al-Arabiya" məlumat verib.

Yayımlanan kadrlarda ABŞ-ın aviadaşıyıcılarında yerləşən qırıcı təyyarələrə döyüş sursatlarının yüklənməsi açıq şəkildə görünür. Bildirilir ki, hücum əməliyyatına hazırlıq prosesi yüksək intensivliklə davam edir.

Məlumata görə, hücumun məqsədi regionda sabitliyi pozan husilərin hərbi infrastrukturunu zəiflətmək və beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR