İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi gəmisi Tayvan boğazından keçdi - "Chung-Hoon" Çinin qitə şelfinə girib?

ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmaya aid idarə olunan raketlə təchiz edilmiş USS Chung-Hoon esminesinin (hərbi gəmi) dünən Tayvan boğazından keçdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, rəsmi bəyanatda keçidin beynəlxalq hüquqa uyğun olan rutin bir keçid olduğu vurğulanıb və Çinin qitə dəniz şelfinə girilmədiyi bildirilib. 

“Gəmi hər hansı sahilyanı dövlətin ərazi sularından kənardakı boğazda dəhlizdən keçib. "Chung-Hoon"un Tayvan boğazından keçməsi ABŞ-ın azad və açıq Hind-Sakit Okeana sadiqliyini nümayiş etdirir. Birləşmiş Ştatlar ordusu beynəlxalq hüququn icazə verdiyi yerdə uçur, yelkən açır və fəaliyyət göstərir”.

Qeyd edək ki, Tayvan boğazı Çin dövlətinin materik hissəsi ilə Tayvan adası arasında 180 kilometr uzunluğunda bir boğazdır.

Çin hökuməti Tayvanın Çinin bir hissəsi olduğunu bildirsə də, Birləşmiş Ştatlar Tayvanı ayrı bir ölkə kimi qəbul edərək müdafiə də daxil olmaqla bir çox aspektlərdə dəstəkləyir. Rusiyanın Ukraynaya müdaxiləsi ilə artan ABŞ-Çin gərginliyi keçən ilin avqustunda ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə pik həddə çatıb.

Çin ordusunun döyüş təyyarələri vaxtaşırı Tayvanın hava məkanına daxil olur, ABŞ hərbi gəmiləri Tayvan boğazından keçir.

2022-ci ilin son günündə Çin Prezidenti Si Cinpin xalqa Yeni il mesajı ilə müraciət edərək, “Tayvan boğazının hər iki tərəfindəki insanlar bir və eyni ailənin üzvləridir. Səmimi qəlbdən ümid edirəm ki, boğazın hər iki tərəfindəki vətəndaşlarımız Çin xalqının davamlı rifahı üçün birlikdə çalışacaqlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR