İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbçiləri türkiyəli dənizçiləri daşıyan gəmini silahlılardan qurtarıb

ABŞ hərbi dəniz qüvvələrinin gəmisi Yəmən sularında yaraqlıların hücumuna uğramış “Central Park” tankerindən gələn fəlakət siqnalına reaksiya verib.

Bu barədə ABŞ-nin rəsmiləri bildiriblər.

Məlumata görə, fosfor turşusu daşıyan tankerə həmlə edənlər müəyyən edilməyib.

“Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri “Meyson” döyüş gəmisinin fəlakət siqnalına cavab verdiyini və tankerin artıq azad olduğunu bildirib”, – agentlik qeyd edib.

Xatırladaq ki, daha öncə Türkiyənin Dənizçilik İdarəsi göyərtəsində türkiyəli dənizçilərin olduğu tankerlə əlaqənin kəsildiyi və qaçırıldığını güman edildiyini açıqlamışdı. “Məsələ nazirliyimiz və Xarici İşlər Nazirliyi tərəfindən izlənilir”, – idarə bildirmişdi.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR