İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ generalı Ukraynanın əks-hücumundan danışdı

Ukraynanın əks-hücum əməliyyatları əvvəllər proqnozlaşdırılandan daha ləng gedir, lakin Müdafiə Qüvvələri inamlı və məqsədyönlü hərəkət edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Milli Mətbuat Klubunda çıxışı zamanı deyib.

"Əks-hücum insanların proqnozlaşdırdığından daha ləng baş verir. Bu, məni təəccübləndirmir. Onlar (Ukrayna qoşunları - red.) inamla, məqsədyönlü şəkildə irəliləyir, çox çətin minalanmış sahələrdən keçərək yol alırlar", - deyə Milli bildirib.

Amerikalı general bunu “müharibənin təbiətinin bir hissəsi” adlandırıb və “kağız üzərindəki müharibə ilə real müharibənin iki fərqli şey olduğunu” vurğulayıb.

O, Ukraynanın əks hücumunun “çox uzun” və “çox qanlı” olacağını təəssüflə əlavə edib.

"Ukraynalılar öz varlıqları üçün mübarizə aparırlar. Onlar 140 milyonluq nəhəng ölkəyə və çoxlu hərbi texnikası olan böyük orduya qarşı vuruşurlar", - deyən Milli amerikalıların Ukraynaya bütün mümkün vasitələrlə kömək etdiyini diqqətə çatdırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR