Onlayn ictimai-siyasi qəzet
ABŞ 2023-cü il üçün təkmilləşdirilmiş F-35 qırıcılarının istehsalı planını yerinə yetirə bilməyib.
"Report" xəbər verir ki, bu barədə "Defence News" proqramın rəhbəri general-leytenant Maykl Şmidtə istinadən yazıb.
Məlumata görə, planın yerinə yetirilməməsinə səbəb əsas hissələrin istehsalının ləng aparılması olub: “Bu səbəblər də, yeni təyyarələrin buraxılmasını gecikdirilib. Nəticə də, bu il vəd edilən təkmilləşdirilmiş “F-35 Joint Strike” qırıcılarının yarıdan azı istehsal olunub”.
O əlavə edib ki, şirkət 2023-cü ilin sonuna kimi 52 qırıcının təhvil verilməsi ilə bağlı müqavilə imzalayıb, lakin cəmi 21-nin istehsalını başa çatdırıb.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ