Onlayn ictimai-siyasi qəzet
İyunun 17-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini Riçard Verma ilə görüşüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan və ABŞ arasında tərəfdaşlığın genişləndirilməsi, regional inkişaf, Ermənistanda demokratik islahatlar, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.
"Ermənistanda demokratik islahatların və qanunun aliliyinin dəstəklənməsinə, həmçinin Azərbaycanla münasibətlərin yaxşılaşdırılması səylərinə, o cümlədən sülh müqaviləsinin imzalanması perspektivlərinə xüsusi diqqət yetirilir." - , deyə Riçard Verma görüşdə qeyd edib.
@@TVmusavat/88599@@
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ