Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Moskvanı Ukrayna ilə “vicdanlı və konstruktiv dialoqa” çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunub. Bildirilib ki, Marko Rubio ötən həftə sonu Rusiya və Ukrayna arasında həyata keçirilmiş “1000-ə 1000” əsir mübadiləsini alqışlayıb.
“Dövlət katibi prezident Donald Trampın çağırışını bir daha təkrarlayaraq, bu müharibəyə son qoymağın yeganə yolunun Ukrayna ilə səmimi dialoqdan keçdiyini vurğulayıb”, – deyə Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi də sözügedən danışıq barədə məlumat yaymışdı. Məlumata görə, Sergey Lavrov Marko Rubionu İstanbulda keçiriləcək növbəti birbaşa danışıqlara dair Moskvanın hazırladığı təkliflər barədə məlumatlandırıb.
Musavat.com
31 May 2025
04:44 Türkiyə və Britaniyanın XİN rəhbərləri Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ