İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibi və müdafiə naziri sabah Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya gəlir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski deyib ki, Qərb tərəfdaşları daha tez qərarlar qəbul etməyə və yardım göstərməyə başlayıblar.

"Mən xüsusilə ABŞ-dan bu sürət dəyişikliyini görürəm", - Ukrayna lideri deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR