İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə Bryus rəhbərlik edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Fox News” telekanalının jurnalisti Temmi Bryusun Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacağını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu varədə “Truth” sosial səhifəsində yazıb.

“Temmi Bryusun dövlət katibliyinə namizəd Marko Rubionun, Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram”, - Tramp yazıb.

15 gündən sonra vəzifəsinin icrasına başlayacaq seçilmiş prezident qeyd edib ki, Temmi çox uzun müddətdir ki, mediada işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. “Əminəm ki, o, eyni inam gücünü və qorxmaz ruhunu yeni roluna gətirəcək”, - Tramp yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR