İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti Monqolustana haqq qazandırdı – Putinlə bağlı

ABŞ Rusiya prezidenti Vladimir Putini BCM-nin orderi əsasında həbs etməkdən imtina edən Monqolustanı dəstəkləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı deyib.

Onun sözlərinə görə, Monqolustan enerji idxalından kritik dərəcədə asılıdır: neft məhsullarının 95%-i və elektrik enerjisinin 20%-dən çoxu qonşu ölkələrdən gəlir. Bu təchizatlar monqol xalqı üçün həyati əhəmiyyət kəsb edir.

Miller deyib ki, ABŞ Monqolustanın düşdüyü vəziyyəti anlayır. Dövlət Departamenti hesab edir ki, ölkə iki daha böyük qonşu – Rusiya və Çin arasında “sandviçə dönüb”.

"Bununla belə, Amerika səlahiyyətliləri hesab edir ki, ölkələr bütün dünyada qanunun aliliyini dəstəkləməkdə davam etmələri vacibdir", - Dövlət Departamentinin sözçüsü yekunlaşdırıb.

Bundan əvvəl Monqolustan hökumətindəki mənbə də eyni arqmentlərlə çıxış etmişdi.

Putin Monqolustana sentyabrın 2-də gəlib. Bu, Rusiya prezidentinin onun həbsinə order verildikdən sonra BCM-nin yurisdiksiyasını tanıyan ölkəyə ilk səfəridir.

Avropa İttifaqı və Ukrayna Monqolustan hakimiyyətini Putini saxlamağa çağırsalar da, bu baş verməyib.
Ulan-Batorda Rusiya Federasiyasının başçısını fəxri qarovul dəstəsi qarşılayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR