İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti 6 nəhəng medianın PULUNU KƏSDİ

ABŞ Dövlət Departamenti diplomatik missiyalara Britaniya və Amerika mediasına abunəliyi ləğv etməyi əmr edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Nəşr yazır ki, bu tələb ABŞ-ın dünya üzrə yüzlərlə səfirliyinə və konsulluğuna şamil edilir, xərcləri azaltmağa yönəlib.

Məlumata görə, abunəliyi ilk növbədə “The Economist”, “The New York Times”, “Politico”, “Bloomberg”, “Associated Press” və “Reuters” kimi aparıcı media qurumları üçün ləğv etmək tapşırılıb.

Diplomatik nümayəndəliklərin əməkdaşları abunəliyin saxlanılması üçün müraciət edə bilərlər, lakin bu müraciət yalnız “bir cümlədən” ibarət olmalı və nəşrin məlumatlarının diplomatik missiyanın təhlükəsiz fəaliyyəti üçün zəruri olduğunu əsaslandırmalıdır.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR