Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti dünya üzrə mübahisəli layihələrə ayrılan yüz milyonlarla dollar dəyərində qrantları ləğv edir.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio sosial şəbəkə X-də yaydığı bəyanatda Dövlət Departamentinin daha 139 qrantı, ümumilikdə 214 milyon dollar dəyərində maliyyələşməni dayandırdığını açıqlayıb.
Rubio bildirib ki, bu addım “əvvəlki administrasiyanın qoyub getdiyi xaosun aradan qaldırılması və Amerikanı yenidən mərkəzə çəkmək” məqsədilə atılıb.
O, əlavə edib: “Amerikalı vergi ödəyiciləri belə saxta proqramları maliyyələşdirməməlidir.
Yeni qərar Vaşinqtonun xarici yardım siyasətində kəskin dönüş yaratdığına dair növbəti siqnal kimi dəyərləndirilir.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ